logo

“Halliburton” I rübü $643 milyon zərərlə başa vurub

Views: 34

A Halliburton facility sits behind a barbed wire fence on the outskirts of WillistonAmerikanın ən böyük neft servis şirkəti  “Halliburton Inc” şirkətinin xalis zərəri 2015-ci ilin birinci rübündə 643 milyon dollar təşkil edib.

            Hesabat dövründə şirkətin xalis zərəri bir adi səhmə 0.75 dollar olub. Şirkətin gəliri 7.05 milyard dollar təşkil edib ki,bu da keçən ilin analoji dövrünün göstəricisindən 4.05% azdır.

“Şimali Amerikada birinci rübdə gəlir 9%,əməliyyat gəliri isə 54% azalıb” – deyə şirkətin press relizdə bildirilir.

“Halliburton” şirkətinin Avropa,Afrika və MDB ölkələrində gəliri birinci rübdə müfaviq olaraq 16% və 41% azalıb.Şirkətin məlumatında bildirilir ki,Anqolada və Şimal dənizinin Norveç sektorunda fəaliyyətin azalması, Rusiyaya qarşı sanksiyalar hesabat dövründə göstəricilərin pisləşməsinə gətirib çıxarıb.

“Halliburton İnc” 1919-cu ildə təsis edilib. Şirkət quyu qazması üçün avadanlıq istehsal edir,şirkətlər üçün İT-layihələr işləyib hazırlayır və boru kəmərlərinə, rezervuar parklarına xidməti həyata keçirir. Şirkətin ofisi Hyustonda yerləşir və 60 mindən artıq işçisi var.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart