Reuters xəbər verir ki, ÇXR Baş Gömrük idarəsinin məlumatına əsasən, martda Çinin ixracı 15% azalıb. İdxal isə qlobal maliyyə böhranından bəri sürətlə azalıb.
Analitiklər bildirillər ki, ixracın azalması yuanın möhkəmlənməsinin xaricdə Çin mallarına olan təlabatı zəiflətdiyi barədə şübhələri gücləndirə bilər. İqtisadçılar 12% ixracat artımı gözləyirdilər.İdxal 12,7% azalıb ki,bu da daxildə təlabatın zəiflədiyini göstərir.
Bu 2009-cu ilin martından sonra ən əhəmiyyətli azalmadır. Analitiklər 11,7% həcmində azalma gözləyirdilər.
Çinin ticarət profisiti martda 3,1 milyard dollar təşkil edib. Analitiklər profisti $45,4 milyard səviyyəsində proqnozlaşdırmışdılar.