logo

Baker Hughes isçilərinin 17%-ni ixtisar edəcək

Views: 53

Baker Hughes Jobs Image - 7Dünyanın ən böyük neft-servis şirkətlərindən biri olan “Baker Hughes” ixtisarların miqyasını və aktivlərin optimallaşdırmasını artırıb.

Şirkətin press-relizində bildirilir ki, indi onlar 10 500 işçini (heyətin 17%) ixtisar etmək niyyətindədir.

Bundan əlavə, “Baker Hughes” bütün dünya üzrə 140 obyektini ya bağlayacaq ya da birləşdirəcək. Həmçinin ziyanla işləyən obyektlərdən imtina ediləcək. Bu addımlar şirkətin xərclərini $700 milyon azaltmalıdır.

Şirkət ilin birinci rübündə $589 milyon məbləğində zərər əldə edilib. Gəlir isə 20% azalaraq $4,6 mlrd təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart