logo

Azərbaycan energetikanın inkişafı üçün çoxmilyonlu kredit alacaq

Views: 28

Electricity_2504082015-2017-ci illərdə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana enerji və nəqliyyat infrastrukturunun inkişafına $518 milyon kredit ayıracaq. Bu barədə AİB saytında yerləşdirilmiş məlumatda deyilir.

Bu vəsait 2015-2017-ci illərdə Azərbaycanda həyata keçirilən biznes-əməliyyatlara görə ayrılacaq.

Beləliklə, AİB Azərbaycanda dəyəri $332 milyon olan “elektrikin paylanması inkişafı layihəsini” maliyyələşdirəcək. Bu layinə üçün AİB tərəfindən $250 milyon kredit ayıracaq. Yerdə qalan vəsait Azərbaycan hökümətinin öz vəsiti olacaq.

2016-2017-ci illərdə Azərbaycan və AİB “bərpa olunan enerjinin inkişafı layihəsini” həyata keçirəcəklər ki, layihəyə $53 milyon vəsait ayrılacaq.Vəsaitin əsas hissəsini AİB-nın krediti ($40) təşkil edəcək.

2015-2-17-ci illərdə Azərbaycanın nəqliyyat sektorunda artıq üçüncü olan “yol-nəqliyyat sektorunun inkişafı layihəsinə” $133 milyon vəsait ayrılacaq ki, bunun da $100 milyonu AİB-nın kreditinin payına düşəcək.

Qeyd edək ki, fevralın 10-da “Bakıelektrikşəbəkə” qapalı səhmdar cəmiyyətinin nəzdində “Azərişıq” QSC yaradılmışdı. Əvvəllər Bakı və Abşeron yarımadasının elektrik paylayıcı şəbəkəsinə cavabdeh olan dövlət şirkətinin səlahiyyətəri artırılaraq bu funksiyaların regionlarda keçirilməsi ona həvalə edildi. Ötən həftə isə Nazirlər Kabinetinin I rübün yekunlarına həsr edilmiş iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev regionlarda enerji təchizatının daha da yaxşılaşdırılmasının vacib olduğunu vurğulamış, bu sahədə hələ bir sıra problemlərin olduğunu dilə gətirmişdi. Ona görə də güman etmək olar ki, AİB-dan alınan kredit məhz “Azərişıq” QSC-nin regionlardakı fəaliyətinə yönəldiləcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart