logo

API: Martda ABŞ-da neft hasilatı maksimum həddə çatıb

Views: 24

~1963648-clean - subsea drill bit AzerbaijanAmerika Neft İnstitutunun (API) hesabatına görə,2015-ci ilin martında neft hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq gündə 9.32 milyon barel təşkil edib. Bu 1973-cü ilin fevralından sonra ən yüksək göstəricidir.

API məlumatına görə,ABŞ-da qaz kondensat hasilatı keçən ay 9% artaraq gündə rekord həddə –  3 milyon barelə çatıb. Martda neft tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə 3.4% artaraq gündə 19.2 milyon barel təşkil edib. Hesabat dövründə benzin tədarükü 2.9% artıb. Aviasiya yanacağına olan təlabat 1.9% artıb.

Martda ABŞ-da neft ehtiyatları 2014-cü ilin martı ilə müqayisədə  22% artaraq 468,7 milyon barel təşkil edib. Benzin ehtiyatları 4.9% artaraq 231,8 milyon barel təşkil edib.

Martda neft emalı 15.9 milyon barel olub ki, bu da bu ay üçün rekord göstəricidir. Neft məhsullarının ixracı 18% artaraq gündə 4.6 milyon barel təşkil edib ki,bu da rekord göstəricidir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart