logo

“ADA” Universiteti 9-cu Bakı Yay Enerji Məktəbini təşkil edəcək

Views: 25

bses

“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı ilə 4-17 iyul, 2015-ci il tarixlərində 9-cu Bakı Yay Enerji Məktəbini keçirəcək.

“ADA”dan “Report”a verilən məlumata görə, iki həftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın strateji perspektivləri kimi məsələlərlə geniş şəkildə tanış olacaqlar.

İştirakçıların həm də Azərbaycanda neft sənayesinin keçmişi və müasir tarixi ilə bağlı olan Sənqəçal neft terminalını, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyevin ev muzeyini, Nobel qardaşları muzeyini və başqa bu kimi yerləri gəzmək fürsəti olacaq.

Proqram tamamlandıqdan sonra iştirakçılar “ADA” Universitetinin rektoru Hafiz Paşayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin imzalamış olduğu sertifikatlarla mükafatlandırılacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart