Layihəyə yaxın mənbədən verilən məlumata görə,Mərkəzi Asiya-Çin boru kəmərinin 4-cü xəttinin özbək hissəsinin inşasına 2015-ci ilin ortalarında başlanacaq.
Bu günə qədər ilkin dəyəri 800 milyon dollar olan əsas texniki layihə hazırlanıb.
Özbəkistan ərazisində mövcud olan infrastrukturu Tacikistan ərazisi ilə birləşdirəcək kəmərin uzunluğu 200 km təşkil edəcək.
Ümumilikdə Mərkəzi Asiya-Çin boru kəmərinin 4-cü xətti 5 ölkə ərazisi ilə – Türkmənistan-Özbəkistan-Tacikistan- Qırğızıstan-Çin keçəcək və kəmərin gücünü 85 milyard kub metrə qədər artırmağa kömək edəcək.
Gücü 30 milyard kub metr olan Özbəkistan-Çin boru kəmərinin inşası və istismarı barədə saziş 2013-cü ildə imzalanmışdı.
2014-cü ildə “Özbəkneftqaz” və CNPC qaz boru kəmərinin inşası və istismarı üçün birgə müəssisə yaradılması barədə müqavilə imzalamışdılar.
Hal-hazırda Özbəkistan ərazisində Mərkəzi Asiya-Çin boru kəmərinin inşası və istimarı üzrə CNPC və” Özbəkneftqazın” birgə müəssəsi olan “Asia Trans Qaz” fəaliyyət göstərir.