Şirkət boru kəmərinin 208 km-lik hissəsinin inşası üçün tender olmadan baş podratçı seçilib.
Gennadi Timçenkonun nəzarət etdiyi “Stroytransqaz” şirkəti Rusiyadan Çinə çəkilən “Sibirin Gücü” kəmərinin inşası üçün ilk podratı tendir keçrilmədən alıb. Bu barədə “Qazprom transqaz Tomsk” şirkətinin direktoru Anatoli Titov bildirib. Söhbət 208 km uzunluğunda olan Çayanda-Lensk sahəsindən sahəsindən gedir. Bu il STG boru kəmərinin 70-80 km hissəsini inşa edəcək.
Müqavilənin dəyəri “çərçivə” xarekteri daşıyır və sahənin tikintisi zamanı məlum olacaq.-deyə top-menecer dəqiqləşdirib. Kəmərin tikinitisinin nə zaman başlayacağını o bildirməyib. “Qazprom” nümayəndəsi isə sorğuya cavab verməyib.
Kəmərin təməlqoyma mərasimi keçən ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçrilib.
“Sibirin Gücü” uzunluğu Çayandadan Çinə kimi 2136 km-dir. Kəmərin ümumi dəyəri 770 milyard rubldur. Hər bir 1 km-ə 360 milyon rubl. Indiyə qədər “Qazprom”un sifarişi ilə tikilən ən bahalı boru kəməri. Beləliklə, Çayanda-Lensk sahəsinin inşası üçün 75 milyard rubl ala bilər.