Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Albaniyanın qaz infrastrukturunun texniki-iqtisadi əsaslandırılmasını aparacaq şirkətin tapılması üçün tender elan etməyi planlaşdırır.
“SOCAR bu tenderi yaxın 3 ay ərzində elan edəcək” – deyə SOCAR prezidentinin müşaviri Murad Heydərov Reutresə bildirib.
“Biz 2015-ci ilin sonuna qədər texniki-iqtisadi əsaslandırmanın layihəsin hazırlamalıyıq və əgər bu layihə effektiv hesab edilərsə,2016-cı ilin martında Albaniyanın qazlaşdırılması layihəsinə başlayacağıq”.- deyə o qeyd edib.
Heydərov bildirib ki,layihənin smeta dəyəri “bir neçə yüz milyon dollardır”.
Qeyd edək ki,18 fevralda Tiranada SOCAR-ın sədrliyi ilə Albaniyanın qazlaşdırılmasının texniki-iqtisadi əsaslanıdırılmasının ümumi planı müzakirə edilib.
İclasın nəticələrinə əsasən Albaniya qazlaşdırılması üzrə üzrə işçi qrupunun yaradılması qərara alınıb. Növbəti iclas apreldə keçriləcək.