“Nabucco West” layihəsinin əvvəlki variantda, yəni 2013-cü ilin ortasınadək Transadriatik boru kəməri (TAP) ilə rəqabət apardığı dövrdəki müddətdə olduğu kimi yenidən realllaşmasını indiki şəraitdə təsəvvür etmək olduqca çərindir. Bu fikirləri Caspian Barrel-ə açıqlamasında Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevin Sofiyaya rəsmi səfəri çərçivəsində Bolqarıstanın Baş naziri Boyko Borisov “Nabucco West” layihəsinin bərpa edilməsi təklifi ilə çıxış edərək onunla Azərbaycan qazının Avropaya ötürülməsini bəyan etmişdi. Ancaq İlham Əliyev birgə mətbuat konfransında bu təklifə öz fikrini bildirməmişdi.
İlham Şaban hesab edir ki, Sofiyanın istəyi Azərbaycan qazının tranzitindən də əlavə dividentdlər əldə etməkdir. Burada onların marağını başa düşmək olar. Bolqarıstan bir müddət sonra analoji təkliflə Türkiyədən Avropaya “Türk Axını” layihəsinə də belə bir təkliflə müraciət edəcək. Bu ölkə olduqca ağır iqtisadi vəziyyətdədir və imkan daxilində qazanc əldə etmək istəyir, onu nə boru kəmərinin qiyməti maraqlandırır, nə də investorların imkanları, təki özü bir şey qazansın.
“Azərbaycan ın isə TAP qarşısında öhdəliyi var. Şahdəniz konsorsiumu öz seçimini edəndə və TAP-la müqavilə bağlayanda öhdəlik götürüb ki, əvvəlcə 10 mlrd kub metr qaz, sonra isə 20 mlrd qaz həcmi verməyə borcludur. Həmin əlavə həcmlər isə Şahdəniz-2 yatağının işlənməsindən deyil, digər yataqların hesabına başa gələcək”, deyə İlham Şaban izah edir. Bu baxımdan da Bolqarıstan üzərindən keçməklə Şərqi Avropa ölkələrinə uzanacaq yeni boru kəmərinə investisiya etmək heç də Azərbaycan üçün maraq doğurmur. Düzdür, biz qaz həcmlərimizi müəyyən həcmdə sata bilərik, ancaq yeni investisiya layihəsində investor kimi çıxış etməyimiz artıq məqsədəuyğun olmazdı.