Lukoil Overseas 2014-cü ildə 112 milyon barel neft ekvivalenti neft hasil edib. Ümumi neft hasilatı 9.6 milyon ton təşkil edib ki,bu da 2013-cü ilin analoji göstəricisindən 140% çoxdur.
Belə nəticələr İraqın “Qərbi Kurna-2” neft yatağında hasilat hesabına əldə edilmişdir. Hasil edilmiş qazın həcmi isə 6.8 milyard kub metr təşkil edib.
Şirkətin neft hasilatı ana şirkətin payında 5.6% artaraq 2014-cü ildə 10% təşkil edib.
Karbohidrogenlərin hasilatı baxımından isə Lukoil Overseas payını 3.8%-dən 13.3% qədər artırıb.
“Miller & Lents” auditor şirkəti bildirib ki, şirkətin ehtimal edilən və mümkün ehtiyatlarının həcmi 1 yanvar 2015-ci il tarixinə 2 milyard barel neft ekvivalenti təşkil edir.
Hasilat “Hissar” və “Kandi”, həmçinin “Şahdəniz” yataqlarındakı əməliyyatlarla kompensasiya edilib.