İran höküməti nümayəndəsi Məhəmməd Nobaht bildirib ki,İran hakimiyyəti son aylarda neft satışından qazandığı $7,8 milyard vəsaiti Qərb sanksiyaları üzündən əldə edə bilmir.
“ABŞ və Avropanın sanksiyaları İran İslam Respublikasının beynəlxalq bankları vasitəsilə pul köçrülməsinin qarşısını alır”, – deyə Nobahtinin sözlərini Press TV sitat kimi gətirib. Sanksiyalar İran banklarının dünya maliyyə sisteminə çıxışını əngəlləyir.
İran neftinin əsas alıcıları – Çin, Hindistan, Yaponiya, Cənubi Afrika və Türkiyədir deyə Nobaht bildirib. Onun sözlərinə görə, 12 ay üçün neftin satışından əldə edilən gəlir $52.8 milyard dollar təşkil edib.