Azərbaycan 2015-ci ilin yanvar-fevral aylarında 5 mln. 504 min 510,6 ton neft ixrac edib ki, bu da 2014-cü ilin yanvar-fevral aylarının göstəricisindən 2,6% çoxdur. Bu barədə Caspian Barrel-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, cari ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 4 mln. 340 min 808,1 ton (həmçinin “Şahdəniz” yatağından 359 min 468,6 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 715 min 290,1 ton, Bakı-Novorossiysk neft kəməri ilə 254,127 min ton neft ixrac olunub. Dəmir yolu ilə Gürcüstan limanlarına 194 min 285,4 ton neft daşınıb.
Komitənin məlumatına görə, yanvar-fevral ayları ərzində ixrac edilən $1 mlrd. 825 mln. 982,28 min məbləğində neftin bəyan edilmiş həcmi 4 mln. 461 min 631,23 ton təşkil edib.
DGK-nin məlumatıan görə,2015-ci ilin yanvar-fevralında Azərbaycandan $122 mln. 159,79 min məbləğində 377 min 873,12 ton neft məhsulu ixrac olunub.