logo

BTC kəməri ilə 2 ayda 1,16 mln ton tranzit nefti nəql edilib

Views: 39

caspian_newsize2015-ci ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 230 min 224 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 700 min 277 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il mart ayının 1-dək BTC-yə 268 milyon 540 min 123 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin fevral ayında BTC kəməri ilə 380 min 500 ton Türkmənistan və 247 min 022 ton Qazaxıstan nefti (ötən ay ümumilikdə 602 min 066 ton) nəql olunub.

2015-ci ilin fevral ayı ərzində 2 milyon 345 min 024 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 630 min 350 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 milyon 824 min 320 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 266 milyon 763 min 410 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart