Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilin ilk ayları üçün karbohidrogen hasilatı statistikasını açıqlayıb.
Bu məlumatlara görə,2015-ci ilin yanvarında ümumilikdə 2 milyard 496 milyon kub metr qaz hasil edib ki,bu da 2014-cü ilin analoji göstəricisindən 7.2% azdır.
Qeyd edək ki,Dövlət Statistika Komitəsinin məlumatına görə,2 milyard 496 milyon kub metr qazın 1 milyard 759.9 milyon kub metri əmtəə qazı təşkil edib. Statistika Komitəsinin məlumatına görə,ümumi qaz həcminin azalması 6.6% təşkil edib,baxmayaraq ki,əmtəəlik qaz istehsalında 7% artım müşahidə edilib.
Nəyə görə statistika komitəsi və SOCAR-ın məlumatları arasında səhv yanlız bir ay üçün 3 milyon kub metr olub – məlum deyil.
Həmçinin məlum deyil ki,niyə SOCAR-ın yanvarda qaz hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 17.6% azalıb.
SOCAR-ın məlumtına görə, 2015-ci ilin yanvarında 570.2 milyon kub metr qaz hasil edib. Baxmayaraq ki, 2014-cü ilin yanvarında SOCAR 691.5 milyon kub metr qaz hasil etmişdi.