2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 8% – 389 mln. 276,1 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə kerosin istehsalında 7,9% – 106,6 min tona qədər, mazut istehsalında 99,5% – 0,2 min tona qədər, sürtkü yağları istehsalında 65,8% – 2,6 min tona qədər, neft bitumu istehsalında 53,4% – 19,7 min tona qədər azalma qeydə alınıb.
2015-ci ilin yanvar-fevral aylarında avtomobil benzini istehsalı 0,7% – 199,4 min tona qədər, birbaşa qovulan benzin istehsalı 36,4% – 20,6 min tona qədər, dizel yanacağı istehsalı 18,3% – 480,9 min tona qədər artıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. 1 yanvar 2015-ci ildən etibarən “Azərneftyağ” NEZ bu zavodun tərkibinə daxildir.