logo

2020-ci ilə Misir qaz ixracına başlamaq niyyətindədir

Views: 18

Egypt-GasMisir öz ərazisinin üçdə iki hissəsini xarici şirkətlər üçün kəşfiyyata açmaq niyyətindədir.Misirin neft və mineral resurslar nazirliyi Aralıq dənizində 8 neft-qaz blokunu Aralıq dənizində geoloji kəşfiyyata açmaq niyyətindədir.

2015-ci ildə Misirə xaricdən mayeləşmiş maye qazın (LNG) ilk partiyası gələcək,ancaq ölkə 2020-ci ildən qaz ixracına başlamaq niyyətindədir.

Yaxın 5 il ərzində Misir öz daxili qaz təlabatını ödəmək üçün minumum 80 partiya mayeləşmiş təbii qaz idxal edəcək.

Həmçinin Misir LNG tədarükü üçün müqavilələr imzalayıb.İki il ərzində 75 LNG tankeri tədarükü müqaviləsini  Trafigura AG (33), Vitol SA (9), Noble Clean Fuels Ltd (7) qazanıblar.

Bundan əlavə aprel-sentyabrda Əlcəzairin Sonatrak şirkətinə 6 partiya tədarük edilməsi gözlənilir. Bu müqavilələr üçün martda Misirdə ilk mayeləşmiş təbii qaz terminalının istismara verilməsi planlaşdırılır.

Misir təbii qaz ehtiyatlarına görə Afrikada 3-cü yeri tutur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart