logo

Yunanıstanın Azərbaycan qazı ilə bağlı 3 tələbi – sensasion açıqlama

Views: 29

lafazanis_390_2701Yunanıstan Trans Adriatik Qaz kəməri ilə Azərbaycan qazının daşınması məsələlərinə və DESFA qaz paylayıcı şəbəkəsinin özəlləşdirilməsi mexanizminə yenidən baxmaq niyyətindədir.

Ümumiyyətlə, rəsmi Afinanın qazla bağlı ortaya 3 tələbi çıxıb.

Caspian Barrel belə bir sensasion açıqlamanın detallarını Yunanıstanın ekathimerini.com dərgisinin bu günkü məlumatına əsasən əldə edib.

Məlumata görə, yeni hökumətin istəyi bu gün Bakıda baş tutacaq “Cənub qaz dəhlizi” Koordinasiya Şurasının ilk iclasından sonra Yunanıstan energetika naziri Panayiotis Ladazanisin Azərbaycan hökumət başçıları və Prezident İlham Əliyevin görüşlərində rəsmi Bakıya təqdim olunacaq.

Bəs Yunanıstanın yeni hökumətinin istəyi nədir? İlk olaraq Yunanıstanı narahat edən TAP-la daşınacaq Azərbaycan qazının tranzit haqlarıdır. Rəsmi Afina hesab edir ki, tranzit haqları aşağıdır. İkinci məsələ, Yunanıstanın Azərbaycandan alacağı qazın qiymətlərinin rəsmi Afinanın nəzərincə bahalı olmasıdır (“Şahdəniz-2 layihəsindən Yunanıstan 2020-ci ildən başlayaraq 25 il müddətində ildə 1 mlrd kub metr qaz almalıdır” – Caspian Barrel).

Nəhayət, Azərbaycan qazı ilə Yunanıstanın rəsmi Bakı ilə müzakirə obyekti DESFA qaz paylayıcı şəbəkisinin özəlləşdirilməsi məsələsi olacaq. Belə ki, Yunanıstan KİV-nin məlumatına görə, hökumət DESFA səhmlərinin 66%-nin Azərbaycan Dövlət Neft Şirkətinə satılmasında artıq maraqlı deyil. Hökumətdəki mənbələr bildiriblər ki, “onlar DESFA-nın yalnız 49% səhlərinin satılmasını məqsədəuyğun hesab edərdilər”.

Beləliklə, görünür ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında iki dəfə Münhendə “Cənub qaz dəhlizi”nin Avropa hissəsi ilə bağlı diplomatik ifadələrlə dilə gətirdiyi ifadələr həqiqətən Azərbaycan və “Şahdəniz” layihəsində iştirak edən şirkətlər üçün SÜRPRİZLƏRLƏ dolu imiş və təssüf ki, bunu doğuran əmalət heç də neftin qiymətinin yarıbayarı azalması deyilmiş…

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart