Fransanın Total SA neft şirkətinin xalis mənfəəti 2014-cü ildə 2013-cü illə müqayisədə 2.6 dəfə azalaraq 4.24 milyard dollar təşkil edib.
Düzəldilmiş xalis gəlir 10% azalaraq 12.83 milyard dollar olub. Bir adi səhmə düşən xalis gəlir 4.24 dollar təşkil edib. Total şirkətinin satışları 6% azalaraq 236.12 milyard dollara qədər düşüb.
4-cü rübdə şirkətin xalis zərəri 2013-cü eyni dövründə olan 2.23 milyard gəlirə qarşı 5.6 milyard dollar təşkil edib. Düzəldilmiş xalis gəlir 17% azalaraq 2.80 milyard dollara düşüb. Hesabat rübündə şirkətin satışları 19% azalaraq 52.51 milyard dollar təşkil edib.
Karbohidrogen hasilatı gündə 2.14 milyon barel neft ekvivalenti olub ki,bu da 2013-cü ilin göstərəcisindən 7% azdır. 4-cü rübdə şirkətin neft hasilatı gündə 2.22 milyon barel təşkil edib.
Total Rusiyada 5 layihədə iştirak edir və Novatek şirkətində 12% paya malikdir.