logo

SOCAR Yunanıstanın TAP layihəsinə qoşulma şərtlərini dəqiqləşdirib

Views: 48

tap_eu_missing_linkAzərbaycan Dövlət Neft Şirktənin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə bildirib ki, SOCAR Trans Adriatik Boru Kəmərində (TAP) öz payını yunan tərəfinə güzəştə getməyə hazırdır.

Onun sözlərinə görə, SOCAR belə bir təklif üçün açıqdır. “Əgər Yunanıstan hansısa payı almaq istəyirsə, biz onu təkliflərinə baxmağa hazırıq. Bu halda yunan tərəfi üçün əsas tələb “bütün hesablar üzrə vaxtında ödənişləri etmək imkanıdır”, –  deyə Nəsirov vurğulayıb.

Nəsirov Azərbaycan tərəfinin Yunanıstan ilə davamlı təmas halında olduğunu deyib. “Biz yeni yunan höküməti, nazirlikləri və şirkətləri ilə təmasdayıq. Yunanıstan iqtisadiyyatına bu layihə sayəsində daha intensiv inkişafa kömək etməyə, hər hansı bir imkan olsa, biz lazımi səy göstərəcəyik”, – deyə SOCAR rəsmisi bildirib.

Qeyd edək ki, bəzi Yunanıstan KİV-ləri xəbər vermişdilər ki, Afina TAP kəmərində pay almağa, Yunanıstan ərazisindən taranzit tariflərini artırmağı və “Şahdəniz-2” layihəsi çərçivəsində alınacaq qazın qiymətlərini azaltmaq arzusunu ortaya qoyub.

* TAP səhmdarları: BP (20%), ARDNŞ (20%), Statoyl (20%), Fluksiz (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart