SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar ayında Supsa terminalından (Gürcüstan) Bakı-Supsa neft kəməri ilə nəql edilən 254,107 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat yayılıb.
Qeyd edək ki, 2014-cü ilin yanvar ayında SOCAR Supsa limanından 322,966 min ton neft ixrac edib. Beləliklə, 2015-ci ildə Supsa limanından ixrac həcmi 21,4% azalıb.
Ötən il SOCAR Supsa terminalından 2 mln. 957,39 min ton Azərbaycan nefti yola salınıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.