logo

SOCAR və İran neft sənayesi üzrə protokol imzalayıblar

Views: 110

soc_ir_01SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Şirkətin dəvəti ilə Bakıda işgüzar səfərdə olan İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun vitse-prezidenti Əmir Abbas Hüseyni və Neft mühəndisliyi araşdırma mərkəzinin direktoru Ezatallah Kazımzadəni qəbul edib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüş zamanı X.Yusifzadə iki dövlətin dostluq əlaqələrindən, neft sənayesi mütəxəssisləri arasında yaranmış münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışıb, əməkdaşlığın konkret istiqamətləri və gələcək planların tərtib edilməsi tapşırığını verib.
Yusifzadə qeyd edib ki, səfər çərçivəsində 2014-ci ilin sentyabrında SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” və İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat institutları arasında imzalanmış qarşılıqlı anlaşma memorandumun icrasının müzakirəsi məqsədilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və şirkətin digər qurumlarında görüşlər keçirilib. Hər iki tərəfin imkanlarını əks etdirən bir sıra prezentasiyalar təqdim edilib, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlığın imkanları haqqında təkliflər hazırlanıb.
İşgüzar səfərin sonunda İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart