logo

SOCAR “Pirallahı adası” yatağında iki yeni quyunun qazma işlərinə başlayıb

Views: 159

6001369300449SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağında iki yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.

1180 nömrəli quyunun dərinliyi 700 metr, 1142 nömrəli quyunun dərinliyi 850 metrdir.

Hər iki quyu Qirməki Altı Lay Dəstəsinə qazılacaq.

Geoloqların proqnozlarına görə, hər quyudan sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

“Pirallahı” yatağı 1902-ci ildən işlənilir. Yataq 2 mln. tona yaxın qalıq neft ehtiyatına malikdir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart