Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 118 milyon 502 min manat vəsait ödənilib.
Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən məlumat verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 55,08 milyon manat və ya 31,7 faiz azdır.
Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 931 min manat (11,9 faiz az) vəsait köçürüb.
Xatırladaq ki, 2015-ci ildə SOCAR-ın dövlət büdcəsi qarşısında öhdəliyi 1,5 mlrd manat proqnozlaşdırılıb. Ötən il isə SOCAR büdcəyə 1 mlrd 855,23 mln manat vəsait köçürmüşdü.