Qazaxıstanın energetika naziri Vladimir Şkolnik bildirib ki,”Şevron” şirkəti Atırauda inşa edilən qaz kimya kompleksi layihəsinə qoşulmasını nəzərdən keçirir.
“Tengizlə bağlı onu deyəcəm ki,danışıqlar prosesi davam edir,ancaq heç bir şübhə yoxdur ki, TŞO qaz kimya kompleksinə qaz tədarük edəcək. Bundan əlavə,Şevron layihəyə daxil olmaq məsələsini nəzərdən keçirir” –deyə Şkolnik brifinqdə bildirib.
“Bu il üçün neft hasilatı planı 2014-cü il səviyyəsində,80.5-80.8 milyon ton səviyyəsində planlaşdırılıb. Hesab edirəm ki,bu plan yerinə yetiriləcək,çünki ayın 20-nə neft hasilatı planını keçən ilin analoji dövrü ilə müqayisədə 100.8% yerinə yetirmişik və burada bütün işlər yaxşı gedir”- deyə o bildirib.