“KazMunayGaz” şirkətinin rəhbəri Sauat Mınbayev bildirib ki,KMG 2014-cü ildə 14.911 milyon ton neft emal edib.
“14.889 milyon ton emal planında KMG şirkətinin emalı 14.911 milyon ton təşkil edib” – deyə o bildirib.
Onun sözlərinə görə,Şımkənd və Pavlador neft emalı zavodlarının artıq yenidənqurulmasına başlanılıb.
Mınbayev həmçinin qeyd edib ki,2014-cü ilin avqustunda Manqıstau vilayətində 406 ton bitum istehsal edən zavod layihə gücünə çatıb.
“KazMunayGaz” ASC karbohidrogenlərin kəşfiyyatı, hasilatı, emalı və nəqli sahəsində Qazaxıstanının milli operatorudur. “KazMunaygaz” şirkətinin səhmlərinin 100% “Samruk-Kazına” milli rifah fonduna məxsusdur.
Qazaxıstanda 3 neft emalı zavodu Pavlodar,Şımkənt və Atırau fəaliyyət göstərir.