2014-cü ilin nəticələrinə görə,BP-Azərbaycan şirkəti qaz hasilatını iki layihə çərçivəsində aparıb: “Azəri-Çıraq-Günəşli” neft və “Şahdəniz” qaz-kondensat yatağı. Birinci layihə çərçivəsində səmt qazı,ikinci layihə çərçivəsində isə təbii qaz hasil edilib.
Caspian Barrel-in BP-Azərbaycan şirkətinin hesabatına istinadən verdiyi məlumata əsasən, 2014-ci ildə Azərbaycan tərəfinə təmənnasız 2.76 milyard kub metr səmt qaz verilib. 2013-cü ilin nəticələri ilə müqayisədə ötürülən səmt qazının həcmi 570 milyon kub metr artıb.
“Şahdəniz” layihəsi çərçivəsində isə şirkət tərəfindən 9.9 milyard kub metr qaz hasil edilib.
Ümumiyyətlə, keçən ilin nəticələrinə görə, BP-Azərbaycan şirkəti 12.66 milyard kub metr əmtəlik qaz hasil edib. Bu, faktiki olaraq ölkədə ümumi əmtəəlik qaz hasilatının 67,7% təşkil edib.