Amerikanın Morgan Stanley sərmayə bankı Rusiyanın ÜDM proqnozunu pisləşdirib; 2015-ci ildə düşüş 5.6% (əvvəlki proqnoz -3.9%),2016-cı ildə isə 2.5% (əvvəlki proqnoz 0.8%) təşkil edəcək.
Morgan Stanley bankının analitiki Alina Slyusarçuk bildirib ki,Rusiyada resessiya,2009-cu ildəki iqtisadi böhrnadan sonrakı sürətli iqtisadi bərpadan fərqli olaraq daha uzun çəkəcək.
Bankın proqnozuna görə,2015-ci ildə neftin bir barelinin orta qiyməti $55,2016-cı ildə isə $64 təşkil edəcək.
Bundan başqa Morgan Stanley bankı ekspertləri qeyd edirlər ki,Rusiyaya yeni sanksiyaların tətbiqi və həmçinin Rusiyada sərmayə axınına qadağa riskini istisna etmir.
Sərmayə bankı həmçinin hesab edir ki,rublun kursu 2015-ci ilin sonuna 72 rubl səviyyəsində qalacaq və Rusiya Mərkəzi Bankı ilin birinci yarısı ərzində yüksək faiz dərəcələrini saxlayacaq.