logo

Malena Mard: Azərbaycan Aİ-nın etibarlı tərəfdaşıdır

Views: 69

malena_mardAzərbaycan Avropa İttifaqının (Aİ) əsas və daha etibarlı tərəfdaşıdır, “Cənub Qaz Dəhlizi” Aİ və ölkənin ikitərəfli əməkdaşlığında mərkəzi yer tutur. Bu barədə çərşənbə günü Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

M.Mard deyib: “Hədəfimiz ondan ibarətdir ki, “Cənub Qaz Dəhlizi”nin əsas infrastrukturu 2019-2020-ci illərdə istismara verilsin. Avropanın enerji təhlükəsizliyi strategiyası ilə yanaşı, “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi və tədarükü üzrə əsas layihə olaraq qalır. Məhz ona görə layihədə irəliləyişə yardım edəcək “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclasının yüksək siyasi səviyyədə keçirilməsi çox mühüm hadisə olacaq”.

Fevralın 12-də Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası keçiriləcək. Artıq iclasda İtaliyanın iqtisadi inkişaf naziri Klaudio de Vinçentinin, Yunanıstan, Gürcüstan və Bolqarıstanın energetika nazirləri Panayotis Lafazanis, Kaxa Kaladze və Temenujka Petkovanın, eləcə də Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçin iştirakı təsdiqlənib.

Tədbirə “Cənub Qaz Dəhlizi”nin bütün tranzit ölkələri (Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan) dəvət olunub.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart