logo

Fevralın 11-də Bakının ətraf qəsəbələri qazsız qalacaq

Views: 19

OLYMPUS DIGITAL CAMERASabah paytaxtın və ölkənin bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən məlumat verir ki, fevralın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Magistral Qaz Kəmərləri sahələrinin bəzi qazpaylama stansiyalarında, qazpaylama məntəqələrində və ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhərinin Kürdəxanı, Pirşağı, Bilgəh, eləcə də Bərdə rayonunun Cəyirli yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bərdə şəhərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart