İtaliyanın Eni neft şirkətinin xalis mənfəəti IV rübdə neft qiymətlərinin düşməsi nəticəsində 64% azalıb. Bu səbəbdən şirkət cari ildə əsaslı xərclərin azaldılmasını planlaşdırır.
Düzəldilmiş xalis gəlir analitiklərin 602 milyon avro proqnozunda 464 milyon avroya düşüb. Şirkət bir adi səhmə 1.12 avro məbləğində dividend təklif edəcək.
Eni kapital xərcləri nə qədər azaldacağını dəqiqləşdirmiyib,ancaq əvvələr şirkətin direktoru Klaudio Deskaliçi xərcləri 10-15% azaltmaq niyyətlərini bəyan etmişdi.
Dördüncü rübdə şirkət neft və qaz hasilatını 6.7% artırıb.