Almaniya korporasiyası E.ON xəbər verib ki, ABŞ-dan 20 il müddətinə mayeləşdirilmiş təbii qaz ixrac etməyə kömək edəcək 2 müqavilə imzalayıb.
Texasın Gulf South Pipeline Company LP şirkəti 2018-ci ildə fəaliyyətə başlayacaq Coastal Bend Header layihəsindən E.ON şirkətinə təbii qaz tədarük edəcək. E.ON şirkəti Yaponiyanın Mitsui O.S.K. Lines Ltd. şirkəti ilə LNG daşınması üçün iki gəminin verilməsi barədə müqavilə imzlayıb.
E.ON həmçinin Qatar ilə 20 il müddətinə Goldboro layihəsindən LNG ixracı üzrə müqavilə imzalayıb.