2014-cü ilin nəticələrinə görə,AR Dövlət Neft Fondununa “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəət neftinin satışından $ 15 milyard 118 mln vəsait daxil olub. Bu barədə Caspian Barrel-ə Dövlət Neft Fondundan eksklüziv olaraq məlumat verilib.
Qeyd edək ki, 2013-cü il ilə müqayisədə AÇG-in mənfəət neftinin satışından ARDNF -ə daxil olan vəsaitin həcmi 1 milyard 143,2 milyon azalıb.
Fondun məlumatına görə, 2013-cü ildə ARDNF-un hesablarına AÇG layihəsi çərçivəsində mənfəət neftinin satışından 16 milyard 261,2 dollar daxil olmuşdu.
Gəlirlərin azalmasının iki səbəbi var: dünya bazarlarında neftin qiymətinin azalması və Azəri-Çıraq-Günəşli müqavilə sahəsində həcmlərin azalması.
*1 yanvar 2015-ci il tarixinə ARDNF aktivləri $37,1 milyard təşkil edir.