Amerikanın neft-qaz nəhəngi “Chevron” şirkətinin xalis mənfəəti 2014-cü ildə neft qiymətlərinin düşməsi ucbatından 2013-cü ilin eyni dövrü ilə müqayisədə 10.17% azalaraq 19.24 milyard dollar təşkil edib.
Şirkətin gəliri 7.3% azalaraq 211.97 milyard dollar olub. Səhm üzrə mənfəət 2013-cü ildəki 11.18 dollara qarşı 10.21 dollar təşkil edib.
4-cü rübdə şirkətin xalis gəliri 3.47 milyard dollar təşkil edib ki,bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 29% azalma deməkdir. Bir adi səhmə düşən gəlir 1.86 dollar təşkil edib.Şirkətin gəliri 18% azalaraq 46,08 milyard dollar olub.
Hesabat dövründə “Chevron” şirkətinin karbohidrogen hasilatı gündə 2.585 milyon barel neft ekvivalenti təşkil edib.
“Chevron” şirkəti ABŞ-ın ikinci ən böyük neft şirkətidir və dünyanın 180 ölkəsində işləyir.