logo

Caspian Barrel OPEC-in Azərbaycanla bağlı proqnozunu saf-çürük etdi

Views: 79

opec-cb

OPEC cari ildə dünya neft bazarındakı vəziyyətlə bağlı yeni proqnozunu açıqlayıb. Ancaq bizi maraqlandıran bu deyil. Çünki hazırda Azərbaycan mətbuatında ən çox yer alan mövzu OPEC-in proqnozlarında Azərbaycanla bağlı işlədilən nikbin bir fikirdir.

Belə ki, təşkilat bu il dünyada neftə olan tələbatın artacağını, eyni zamnda OPEC-ə daxil olmayan ölkələrdə, o cüzmlədən Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır.

OPEC ekspertləri belə qənaətə gəliblər ki, təşkilata üzv olmayan ölkələrdə hasilatın azalması dünya bazarlarında neftin qiymətlərinin yenidən artmasına ciddi təsir edəcək. Nəticədə bu proses Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin artmasına da təsir edəcək.

Ancaq bu həqiqətənmi belə olacaq? Və OPEC ekspertlərinə inanmaq olarmı? Axı, heç öz təşkilatlarında hasilata və qiymətə 10 ildən çoxdur ki, nəzarət  mexanizmini itirən bir qurum Azərbaycanla bağlı həqiqətənmi dolğun bir araşdırma aparıb və sonra belə bir qənaətə gəlib?

Caspian Barrel-in araşdırmalarına görə, OPEC-in Azərbaycanla bağlı hərdən dərc etdiyi statistik məlumatları heç də hər zaman reallığı əks etdirməyib. Çünki onlar adətən bir qədər köhnəlmiş rəqəmlər olur.

İkincisi, 2014-cü ildə Azərbaycanda 41.9 mln ton neft hasil edilib. Cari ildə isə hökumətin proqnozlarına görə, ölkədə 40,62 mln ton neft hasilatı palnlaşdırılır. Yəni obyektiv səbəblər üzündən neft hasilatının 1,28 mln ton və ya təqribən 9,5 mln barel azalması gözlənilir. İkinci bir tərəfdən, Azərbaycan neftinin real orta ixrac qiyməti 2014-cü ildə 101 dollar olmuşdur. 2015-ci ildə verilən ən optimist proqnozlar neftin qiymətinin 60 dollar olacağına hesablanıb. Normal qiymətlər isə artıq 55 dollardan da aşığıdır. Pessimist qiymətləri isə 50 dollar çıvarında roqnoz edirlər.

Yəni OPEC-də məgər blmirlər ki, Azərbaycanın “daha çox qazanması” ifadəsi əslində 2014-cü illə müqayisə nəzərdə tutulmalıdır və buna nail olmaq üçün əgər 10 mln barelə yaxın hasilat azalırsa, onda ixrac neftinin qiyməti ötən illə müqayisədə heç olmasa 7% baha olmalıydı. Yəni indi hərraclarda təklif edilən qiymətlərdən 2 dəfəyə yaxın yüksək.

Demək, bu sadəcə OPEC-in bu təşkilata daxil olmayan ölkələri neft hasilatını azaltmaq təklifi ilə bağlı şirnikləndirməsindən başqa bir şey deyil.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart