logo

BP “Şah-dəniz” yatağında rekord qaz hasıl etdi

Views: 27

shahdeniz-22014-cü ilin yekunlarına görə, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında rekord qaz hasilatı qeydə alınıb.

Caspian Barrel-in “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, ötən il bu yataqdan 9,9 milyard standart kubmetr qaz və 2,3 milyon ton (18,7 milyon barel) kondensat hasil edilib. Gündəlik hasilat 27,1 milyon kubmetr qaz və 51 230 barel kondensat olub.

2013-cü ilin nəticələrinə görə, BP və tərəfdaşları “Şahdəniz” yatağından 9,8 milyard kubmetr qaz və 2,48 milyon ton (19.6 milyon barel) kondensat hasil edilmişdi. Gündəlik hasilat 26,8 milyon kubmetr qaz və 53 740 barel kondensat olmuşdu.

Qeyd edək ki, 2012-ci ildə “Şahdəniz” yatağından 7,73 milyard kubmetr qaz və 2 milyon ton (16.1 milyon barel) kondensat hasil edilmişdi

BP-nin rəsmi məlumatına görə, 2014-cü il ərzində mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırıb.

2014-cü il ərzində “Şahdəniz” yatağından hasil edilən qaz Azerbaijan Gas Supply Co. (“Şahdəniz” qazının satıcısı) tərəfindən SOCAR-a (Azərbaycan bazarı üzün), GOGC şirkətinə (Gürcüstan bazarı üçün), BOTAŞ şirkətinə (Türkiyə bazarına) və BTC Co. şirkətinə (neft boru kəməri boyunca nasos stansiyalarının işini təmin etmək üçün) satılmaqda davam etdirilib.

* “Şah-dəniz” layihəsi üzrə PSA tipli müqavilə 4 iyun 1996-cı ildə imzalanıb. 17 oktyabr 1996-cı ildə qüvvəyə minib. 1999-u ilin iyununda Xəzər dənizində ən böyük qaz yatağı açılıb. Onun çıxarıla biləcək ehtiyatları 1,2 trln m3-dur. Hazırda layihənin işrirakçıları bunlardır: BP (operator – 28,8%), TPAO (19%), Petronas (15,5%), SOCAR (16,7%), LUKoil (10%) və NICO (10%).

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart