logo

“Bos Shelf”də bədbəxt hadisə

Views: 151

bos-selfFevralın 16-da ölkədə iri neft-infrastruktur layihələrini həyata keçirən «Bos Shelf» şirkətində ölüm hadisəsi baş verib.

1961-ci il təvəllüdlü İbadət Hüseynov işdə ehtiyatsızlıq səbəbindən vəfat edib. Bu barədə AzadlıqRadiosuna “Bos Shelf” şirkətinin Həmkarlar İttifaqının sədri Allahyar Əyyubov məlumat verib: “Hadisəyə səbəb işçinin təhlükəsizlik tədbirlərinə əməl etməməsi olub. Fırlanan çarxın yanına uzun ətəkdə gedib, təhlükəsizlik kəmərini də bağlamayıb”.

Allahyar Əyyubov hadisə ilə bağlı hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparıldığını bildirib. Əlavə edib ki, ölən işçinin ailəsinə maddi yardım veriləcək, dəfn xərcləri də ödənəcək.

Mərhumun oğlunun da həmin şirkətdə çalışdığı bildirilir.

 

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart