logo

AÇG-dən hasil edilən neft həcmləri məlum oldu – son məlumat

Views: 29

ACG2

2014-cü ildə “Azəri-Çıraq-Günəşli” (ACG) yataqlarından 233 milyon barel və ya təqribən 31,5 milyon ton neft hasil edilib.

Caspian Barrel-in “BP-Azerbaijan” şirkətinindən aldığı məlumata görə, ötən il ərzində ACG-də neft hasilatı 6 milyon barel və ya 700 min ton (2,17%) azalıb.

Qeyd edək ki, 2013-cü ildə ACG yataqlarından ümumilikdə 239 milyon barel və ya 32,2 milyon ton neft hasil edilmişdi.

2014-cü ildə ACG-də gündəlik orta neft hasilatı 638 min barel təşkil edib. 2013-cü ildə bu rəqəm  655 370 barel olmuşdu.

2014-cü ilin sonunda ümumilikdə AÇG-də 84 quyu fəaliyyətdə olub ki, bunun da 45-i hasilat quyusu, 39-su isə qaz və su injektor quyusu idi.

Xatırladaq ki, 2013-cü ilin dekabrında AÇG-də 81 quyu fəaliyyət göstərirdi ki, bunun da 44-ü istismar quyusu, 37-si isə texniki quyular idi.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart