logo

2014-cü ildə Statoil şirkətinin xalis mənfəəti 45% azalıb

Views: 37

statoil3-1

2014-cü ilin nəticələrinə görə,Norveçin Statoil ASA şirkətinin xalis mənfəəti 2013-cü il ilə müqayisədə 45% azalaraq  21,9 milyard Norveç kronu ($ 2,88 milyard) təşkil edib.

Bir adi səhmə düşən gəlir 12,5 kron ($ 2.01) olub. Şirkətin il ərzində gəliri 1.58% azalaraq 606,8 milyard avroya qədər  (79.91 milyard dollar) azalıb.

Habelə,dördüncü rübdə şirkətin xalis zərəri 2013-cü ilin 14.8 milyard kronuna qarşı 8,9 milyard norveç kronu (1.17 milyard dollar) olub. Bi adi səhmə düşən gəlir zərər 2.80 kron təşkil edib.

Şirkətin rüblük gəliri 0.34% çoxalaraq  147 milyard krona qədər artıb.

İl ərzində şirkətin karbohidrogen hasilatı gündə 1,927 milyon barel neft ekvivalenti olub. Rüblük hasilat 8% artaraq gündə 2.10 milyon barel təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart