logo

2014-cü ildə AÇG blokundan neft hasilatı 84 quyudan həyata keçirilib

Views: 36

1393391432014-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz blokundan neft hasilatı 84 quyudan həyata keçirilib. 2013-cü ildə bu göstərici 81 idi.

Caspian Barrel-in “BP-Azərbaycan” şirkətinin illik hesabatına istinadən verdiyi məlumata əsasən, “Azəri-Çıraq-Günəşli”də 2014-cü ilin sonuna 84 hasilat quyusu və 39 suvurma quyusu istismarda olub.

Ötən il 14 neft hasilatı və 4 suvurma və 1 qazvurma quyusu qazılıb.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart