Hasilatın azaldılmayacağı barədə OPEK və Səudiyyə Ərəbistanı planlarının nəzərə alınması ilə neftin bir barrelinə qiymət 25 dollara düşə bilər, LUKOİL şirkətinin rəhbəri deyib.
Vahid Ələkbərov sözlərinə əsasən bu qiymətlərin qısamüddətli azalması olacaq. Hərçənd ki, o neft qiymətlərinin 2015-ci il ərzində qeyri-sabit qalacağını deyib.
2014-cü ilin ortaları ilə müqayisədə neft iki dəfə ucuzlaşıb.
Çərşənbə günü Brent markalı neftin bir barrelinə qiymət 46 dollardan aşağı düşüb.
Son illər istifadə olunan yeni texnologiyalar vasitəsilə neft hasilatı əhəmiyyətli dərəcədə artıb.
Bununla yanaşı Çin də daxil olmaqla bir sıra Avropa və Asiya ölkələrində tələbat kəskin şəkildə aşağı düşüb.
BBC