SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Rumıniyada yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Rumıniyanın Transilvaniya vilayətinin Sibiu şəhərində YDM istifadəyə verilib. Bu yanacaqdoldurma məntəqəsi Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən sayca 32-ci YDM-dir”, – deyə məlumatda qeyd edilir.
YDM-də Benzin-95, Dizel Euro-5 və Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir.
Hazırda Rumıniyanın 15 regionunda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lər mövcuddur.
Xəbər verildiyi kimi, SOCAR Rumıniyada fəaliyyətə 2011-ci ildə başlayıb.