logo

SOCAR-a 2015-c ilin dövlət büdcəsindən 660 milyon manat ayrılır

Views: 336

socar-8Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Neft Fondundan sonra dövlət büdcəsinin ən böyük donorudur. Ümumiyyətlə, Azərbaycan hökuməti həmişə SOCAR-ın imkanlarından yaralanıb. Bu, təkcə onun büdcə qarşısındakı öhdəlikləri ilə bağlı olmayıb. SOCAR ən iri dövlət şirkəti olaraq daim hökumətin müxtəlif yönümlü tapşırıqlarını (özü də dəyər ifadəsində çoxmilyonlu və hətta çoxmilyardı belə olub) yerinə yetirib. Və bunun qarşılığında hökumətdən də yardımlar alıb.
Caspian Barrel 2015-ci il icmal büdcə materiallarını təhlil edərək qeyd edir ki, təkcə bu il SOCAR-a dövlət büdcəsinin investisiya xərclərindən 660 milyon manat vəsait ayrılacaq. Həmin vəsautun 10 milyon manatı “Azot gübrələri” istehsalı zavodunun tikintisinə, 650 milyon manatı isə “Cənub Qaz Dəhlizi” layihəsinin maliyələşdirilməsinə xərclənəcək.
Qeyd edək ki, 2009-2015-ci illərdə dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində SOCAR-a ümumilikdə 1.730 milyard manat ayrılıb. Bundan 790 milyon manatı ölkənin regionlarının və Bakı şəhərinin qəsəbələrinin qazlaşdırılması, 290 milyon manat “Azot gübrələri” zavodunun tikintisi, 650 milyon manatı isə “Cənub Qaz Dəhlizi layihəsi” çərçivəsində SOCAR vasitəsilə Azərbaycan tərəfinin iştirak payının maliyələşdirilməsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, tikintisinə 2011-c ildə start verilən “Azot gübrələri” zavodunun qurulmasına SOCAR-a dövlət büdcəsi vasitəsilə ötən 4 ildə 280 milyon manat ayrılmışdı: 2011-c ildə 40 milyon, 2012-ci ildə 100 milyon, 213-cü ildə 100 milyon, 2014-cü ildə 40 milyon, 2015-ci ildə 10 milyon manat.

Comments: 0

0

Your Cart