SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ildə dünya bazarlarına 1 mln. 199,543 min ton neft məhsulu ixrac edib ki, bu da 2013-cü ilin göstəricisindən 14,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Hesabat ilində SOCAR 9,432 min ton avtomobil benzini, 992,725 min ton dizel yanacağı, 196,729 min ton təyyarə yanacağı və 657 ton odluq mazut icrax edib.
2014-cü ilin dekabr ayında şirkət 127,041 min ton neft məhsulu, o cümlədən 99 ton avtomobil benzini, 106,205 min ton dizel yanacağı, 20,618 min ton təyyarə yanacağı və 119 ton həcmində odluq mazut ixrac edib.
1 yanvar 2015-ci il tarixindən etibarən Azərbaycanda bir neft emalı zavodu – Heydər Əliyev adına Bakı NEZ fəaliyyət göstərir.