Dünyanın ən böyük neft-servis şirkəti “Schlumberger Ltd” 9 min işçisini və ya personalının 7% işdən azad edəcək.
Dünya bazarında qiymətlərinin 60% aşağı düşməsindən sonra “Schlumberger”in müştəriləri sərmayə qoyuluşunu və qazma işlərini azaltmaq niyyətindədilər. Şirkətin özü isə sərmayə qoyuluşunu 2014-cü ildəki $4 milyarddan $3 milyarda qədər azaltmaq niyyətindədir.
Əvvələr isə iş yerlərinin ixtisar edilməsini “BP Plc” və “ConocoPhillips” şirkətləri elan etmişdi.
Dördüncü rübdə “Schlumberger” şirkətinin gəliri 6% artaraq $12,64 milyard təşkil edib.