Səudiyyə Ərəbistanı şahzadəsi milyarder Əl-valid İbn Talal “USA Today” qəzetinə müsahibəsində bildirib ki, neftin qiyməti bir daha heç vaxt bir barel üçün 100 dollar səviyyəsinə qalxmayacaq.
“Əgər neft təkilifi bu səviyyədə qalsa,tələb isə aşağı olsa,onda güman etmək olar ki,qiymətlər daha da aşağı düşəcək.Əgər təklif azalarsa və tələb artarsa,onda qiymət də arta bilər. Lakin mən əminəm ki,biz bir barel üçün 100 dollar qiymətini görməyəcəyik”, – deyə Əl-Valid neft qiymətlərinin düşməyə davam edib etməyəcəyi sualına cavab olaraq bildirib.
Səudiyyə Ərəbistanı şahzadəsinin fikrincə qiymətlərin belə kəskin aşağı düşməsinə nə Səudiyyə Ərəbistanı nə də başqa dövlətlər gözləmirdilər.
Həmçinin şahzadə bildirib ki, Əl-Riyad və Vaşinqtonun Rusiyaya qarşı sövdələşməsi ehtimalını “cəfəngiyyat” adlandırıb,cünki neft qiymətlərinin aşağı düşməsi Rusiya ilə yanaşı, eləcə də Səudiyyə Ərəbistanı iqtisadiyyatınada zərər vurur.