Roubini Global Economics qrupunun rəhbəri Nuriel Rubini hesab edir ki,Səudiyyə Ərəbistanı neft qiymətlərinin azalmasına geopolitik deyil, iqtisadi səbəblər üzündən kömək edir.
“Onlar (Səudiyyə Ərəbistanı) oliqopoliyanın tipik lideri kimi davranırlar. Qiymətləri bir müddət aşağı saxlamaqla bazardan az rentabelli istehsalçıları – şist neft hasilatçılarını və Venesuelanı süpürüb atırlar. Bu müddət ərzində hasilata sərmayələr təbii olaraq azalır. Bir müddət üçün aşağı neft qiymətlər davam edir, lakin sonra qiymətlər artır və Səudiyyə Ərəbistanın bazarda daha çox payı olur. Bu ölkə üçün aşağı neft qiymətləri geopolitik deyil,iqtisadi məsələdir”, – deyə Rubini Davos forumunun plenar iclasında bildirib.