“RİA Novosti” bildirir ki, Moskva ticarət sənaye palatasının İran üzrə komissiyasının sədri Rəcəb Səfərov bildirib ki,İran neft-kimya sahəsində 60 –a yaxın layihə üzərəində çalışır ki,bu da ona 5 ildən sonra 60 milyard dollarlıq neft-kimya məhsulu ilə dünya liderləri sırasına çıxmağa imkan verəcək.
“Bu il İranın neft-kimya məhsullarının istehsalı 25 milyard dollara çatacaq”.-deyə Səfərov bildirib.
“Ximtrans” şirkətinin direktoru Aleksandr Şarov qeyd edib ki,İranda etilenin cari istehsal gücü 6 milyon ton təşkil edir. Bu Rusiyadan iki dəfə (2.4 milyon ton) çoxdur.
İndi ölkə daha 4 milyon tonluq güclər tikir.
2017-ci ilə iran neft məhsullarının ixracatçısına çevrilmək istəyir.