Bu günlərdə Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 14-cü dərin dəniz özülündən 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR mətbuat xidmətinin yayadığı məlumata görə, quyu Balaxanı Lay Dəstəsinin VI horizontundan, 2341-2328 metr intervaldan fontan üsulu ilə gündəlik 160 000 kubmetr qaz və 1 ton kondensat hasilatı ilə istismara daxil edilmişdir.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.