“The Financial Times” qəzeti yazır ki,dünyanın ən böyük enerji şirkətləri bir birinin ardınca xərclərin əhəmiyyətli dərəcədə azaldıldığını elan edirlər.
Yanvarın 14-də Royal Dutch Shell və Qatar Petroleum dəyəri $ 6,5 milyard olan “Əl-Karaana” neft-kimya zavodunun inşasından imtina ediblər. Royal Dutch Shell imtinanın səbəbi kimi “energetika bazarında mövcüd vəziyyəti” göstərib.
Eyni gün britaniyanın başqa şirkəti Premier Oil Folklend adalarındakı Sea Lion və Norveç sahillərindəki Bream neft hasilatı layihələri ilə bağlı qərarlarını neftin bir bareli 50 dollar səviyyəsindən yüksəkdə olana qədər təxirə salıb.
Bundan əlavə FT yazır ki,Norveçin statoil şirkəti Qrelandiyanın qərb sahillərindəki 3 neft sahəsi lisenziyasından imtina edir.
Kanadının qərbində,Şimal dənizində və Qərbi Afrika şelfində işləyən Canadian Natural Resources şirkəti 2015-ci ilə olan kapital xərclərini $8,6 milyarddan $6,19 milyarda qədər azaldıb.